Çipras yenidən meydanlarda

tsiprasYunanıstanda 20 sentyabrda ediləcək erkən ümumi seçkilər əvvəli siyasi partiya liderləri seçki kampaniyalarına başladı.
Partiyası “Syriza”dan ayrılaraq Xalq Birliyini quran hissəyə də səslənən Aleksis Çipras, “Kimsə bizi məhv edə bilməyəcəklər. Planlarını gerçəkləşdirməyə icazə etməyəcəyik. Bizi məhv edə bilməyəcəklər. Dünənin siyasətçi və partiyaları tərəfindən dərin bir çuxura atılan Yunanıstanı çıxarmaq üçün önümüzdə yeni təhriklər, yeni mübarizələr var. ” ifadələrini diqqətə çatdırdı.

Yunanıstanı palçıqdan qurtaracaqlarını ifadə edən Çipras, “Önümüzdə ümid var. Seçkilərdə xalqdan bizə dəqiq və güclü bir səlahiyyət vermələrini istəyirəm.” deyərək seçicilərinə səsləndi.

Çiprasın partiyası “Syriza”, son dövrdə ard-arda edilən anketlərdə yüzdə 26 nisbətində səs alır. Ana müxalifət Yeni Demokratiya isə 1-2 bal geridə qalır. “Syriza”dan ayrılan Xalq Birliyi (Lae) Partiyasının isə seçki səddinin yüzdə 3 olduğu ölkədə 4,5 bir nisbətlə parlamentə girməsinə qəti gözüylə baxılır.

Yunanıstanda seçkilər əvvəli liderlər arasında ilk müzakirə proqramı 14 sentyabrda yayınlanacaq. Televiziya kanallarından canlı yayımlanacaq müzakirə proqramı, “Syriza” lideri Çipras ilə “Yeni Demokratiya” lideri Evangelos Meymerakis arasında ediləcək.

 

Mətləb BALAKİŞİYEV