Almaniyanın Xarici işlər naziri Siqmar Qabriel “Bild am Sonntag” qəzetində nəşr olunan məqaləsində Türk-Alman dostluğu mesajını verib.
Yazıda Almaniya ilə Türkiyə arasındakı əlaqələrin əhəmiyyətli bir dövrdən keçdiyini ifadə edən nazir “bunun üçün ölkələr arasındakı dostluq təməllərinin pozulmasına icazə verməməliyik” deyib.
“Bild am Sonntag” qəzetində qonaq yazar olaraq köşə yazan Qabriel, Türkiyə ilə Almaniya arasında olan dostluğun bu günlər yaşanan siyasi fikir ayrılıqlarından daha dərin olduğunu bildirib. O, “almanlar və türklər dostdur, gərginliyi, nifrəti və fikir ayrılıqlarını bir tərəfə buraxmaq lazımdır ” yazıb.
Nazir Siqmar Qabriel çərşənbə günü Berlində həmkarı Mevlud Çavuşoğlu ilə bir araya gələcək.