Elmar Hüseynovun qətlindən 12 il ötür.

Bu gün tanınmış tənqidçi jurnalist, “Monitor” jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun qətlindən 12 il keçir

Lakin qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıb. Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.

Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub. 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət Xudafərin SES-də və Rusiyada Boquçan SES-də ixtisası üzrə çalışıb. 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də “Trend” analitik-informasiya agentliyini, 1996-cı ildə isə “Monitor” jurnalını təsis edib. O, həmçinin “Bakinski bulvar”, “Bakinskiye vedomosti” qəzetlərinin təsisçisi idi.
Elmar Hüseynovun qətlindən 12 il ötür
“Monitor” jurnalı sərt tənqidi məqalələri ilə geniş oxucu kütləsinin rəğbətini qazanmışdı. E.Hüseynovun ölümündən sonra jurnalın da fəaliyyəti dayandı.
Azərbaycvan cəmiyyətində o zamandan bəri bu qətlin Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilməsinə dair iddialar vardı. Sonradan bu qətllə bağlı cinayət işinin istintaqının Baş Prokurorluqdan MTN-nə verilməsi bu iddiaları da da gücləndirdi.

Qətldən 12 il ötməsinə baxmayaraq, Azərbaycanın hüquq-mühafizə orqanları baş redaktorun qətlində adı çəkilən şəxslərin fotorobotunu yaymamaqda israrlı görünürlər. Cinayət işinin istintaqı da illər əvvəl dayandırılıb. MTN-in istintaqçıları demək olar ki, açılmış işi tozlu arxivə göndərdilər.
2015-ci ilin oktaybrında Eldar Mahmudovun “vurulması” və MTN-dəki mütəşəkkil cinayətkar dəstənin ifşasından sonar Azərbaycan cəmiyyətində nəhayət ki, Elmar Hüseynovun və general Rail Rzayevin qətlinin üstünün açılacağına dair inam yaransa da bu baş vermədi.(gununsesi.info)