Müşfiqin qalmaqalı hakimiyyət daxilində qrup savaşına çevrilib.

Cavid Qurbanov Saleh Məmmədovu bitirir

Abidə qalmaqalı hakimiyyət daxilində qrup savaşına çevrilib

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov vəzifəsini itirə bilər. Səbəb isə Mikayıl Müşfiqin abidəsinin dağıdılması ilə bağlı yaranmış qalmaqaldır. Yada salaq ki, aidənin dağıdılmasını bir neçə gün əvvəl Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov ictimailəşdirib. O, mətbuata açıqlamasında deyib ki, “Azəravtoyol” ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan bu addımı atıb