Gürcüstan vətəndaşları martın 28-dən Avropaya vizasız gedəcəklər.

 

bitmap-img6

Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəlişə dair yekun imzalar atılıb

 
Bu barədə “Azadlıq” radiosunun Brüssel müxbiri Rikard Yozvyak öz “Twitter” səhifəsində yazıb. 
“Viza liberallaşması barədə saziş imzalandı. Gürcüstanı təbrik edirəm”, – deyə o, qeyd edib.
Saziş martın 8-də və ya 9-da Avropa İttifaqının rəsmi jurnalında dərc olunaraq qüvvəyə minəcək. Bu tarixdən 20 gün sonra vizasız rejim tətbiq olunmağa başlayacaq. Bu isə martın 28-i tarixinə təsadüf edir.
 Qeyd edək ki, vizasız rejim Şengen zonasını əhatə edir.