“İşi olmayan, işsiz qalanların gələcəkdə pensiya problemi olacaq”.

Sənədi şərh edən Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu

“Avropa ölkələrində insanın orta ömür uzunluğu çoxdur”загружено (25)

“Avropa və Amerikada əksər insanlar 65 yaşdan sonra 10-15 il, bəziləri isə 20 il pensiyalardan faydalanırlar. Pensiyanın məbləği də Azərbaycanla müqayisəyə gəlmir. Hətta Avstraliyada ayda 900-1000 dollar pensiya məbləği müəyyən olunub. Halbuki, oranın yaşayış şərtləri və qiymətləri ilə Azərbaycanı müqayisə etdikdə, böyük fərq yaranmır. Bu məsələdə iki məqama diqqət yetirmək vacibdir: uzun ömürə və pensiyanın məbləğinə. Avropa ölkələrində 1 il ərazində verilən pensiyanın məbləğini Azərbaycanda heç 10 il də almaq mümkün deyil. Pensiyaların orta məbləği arasındakı fərq ən azı 10 dəfədir. Ona görə müqayisə uğurlu görünmür. Bəli, bəzi Avropa ölkələrində pensiyaya çıxmaq yaşı heç 65 də deyil, məsələn, Baltikyanı respublikalarda yaş həddi 62-63 yaş arasındadır. Uzunömürlülər diyarı olan Yaponiyada, Sinqapurda 62 yaşdır. Belarusda, Rusiyada, Türkiyədə, Ukraynada, Özbəkistanda 60 yaşdır”.

Q.İbadoğlu deyib ki, Dövlət Statistika Komitəsinin məlumatlarını beynəlxalq təşkilatların, o cümlədən, Dünya Səhiyyə Təşkilatının hesabatları ilə müqayisə edəndə böyük fərq yaranır:

“Dünya Səhiyyə Təşkilatı Azərbaycanda orta ömürü 69 göstərirsə, Dövlət Statistika Komitəsi 75 rəqəmini əsas gətirir. Bu fərqin yaranması göstərir ki, komitə uzunömürlülüyü yüksək göstərməklə Azərbaycanda həyat səviyyəsinin yaxşı, xidmətin keyfiyyətli olduğunu demək istəyir”.

İqtisadçı mətbuatın pensiyaların formalaşması məsələsinə diqqət yönəltməsini vacib hesab edir:

”1992-ci ilə qədər pensiyaya çıxanların təqaüdlərinin baza hissəsini dövlət öz üzərinə götürəcək. Həmin ilə qədər pensiyaya çıxanların sayı çox azdır, indi onların yaşı ən azı 80 həddində olmalıdır. Ondan yuxarı olanların sayı daha azdır. Qaydalara görə, bu adamların pensiyasını dövlət ödəməlidir. 2006-cı ilə qədər pensiyaya çıxanların təqaüdlərini Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəyəcək. 2006-cı ildən sonra pensiyaya çıxanların təqaüdlərinin baza hissəsi isə onların özlərinin ödədiyi vəsaitlər hesabına formalaşacaq. Bundan sonra təqaüdə çıxanların bir hissəsi heç işləməyib. Elə adamlar var heç orta ödənişi yoxdur. Onlar gələcəkdə pensiya da almayacaqlar. Bu, o deməkdir ki, işi olmayan, işsiz qalanların gələcəkdə pensiya problemi olacaq”.