İcra Hakimiyyətindən Vətən uğrunda canından keçən şəhidin xatirəsinə hörmətsizlik

“Bu, Vətən uğrunda canından keçən şəhidin xatirəsinə hörmətsizlikdir”

Fevralın 25-də Xocavənd rayonunda həlak olmuş əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki “Şəhidlər Xiyabanı”nda dəfn edilməsinə izin verilməyib.
“Turan”-a bu barədə məlumatı mərhum əsgərin atası Nazim Cəfərov verib.

O, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsinin “Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur”, – dediyini söyləyib:

“Odur ki, Zakiri adi kənd qəbiristanlığında dəfn etdik”.

“Bu, Vətən uğrunda canından keçən şəhidin xatirəsinə hörmətsizlikdir. Rayon hakimiyyətinin rəftarı hiddət doğurur. Şəhidlər Xiyabanında yer var, bunlar bəhanədir”, – hüquq müdafiəçisi Elşən Həsənov belə deyib.