Sabiq səhiyyə naziri Əli İnsanovun ev dustaqlığına buraxılması ilə bağlı birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.
Bu barədə onun vəkili Toğrul Babayev məlumat verib.

Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Əli İnsanovun şikayəti təmin edilməyib. Qaradağ rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıb.
Xatırladaq ki, bir müddət əvvəl Əli İnsanov Qaradağ rayon Məhkəməsinə müraciət edərək barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması istəmişdi. Qaradağ rayon Məhkəməsi isə onun tələbini təmin etməyib.