Daha bir inanclı Ağcabədi rayonunda saxlanıldı.

Ağcabədi rayonunda inanclı fəal Nofəl Hacıyev bu gün 14:30 radələrində saxlanılıb.

Nofəl Hacıyevin saxlanılmasına səbəb kimi fevral ayının 13-ü şəhid dəfnində şəhidlərin ruhlarına salavatlar deməsi göstərilib.

Artıq inanclı fəalın 60 sutka həbs cəzası aldığı bildirilir.

Rayon inanclılarının verdiyi məlumata görə, Nofəl Hacıyevin həbsinin sifarişi Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tərəfindən verilib.