“Mən ona sus deyə bilmərəm” – bloggerin qardaşı
“Avropda olan fəaliiyətimdən dolayı ailəm hər gün Azəbaycanda basqı altındadır” – bunu gənc fəal Elmir Şirəliyev deyir. “Məni guya buradan Azərbaycana deportasiya etdirib, həbs etmək istəyirlər. Əlbəttə bu mümkün deyil. Amma qorxulusu odur ki, ailəm həbs təhlükəsi ilə üz-üzədir. Onu rəsmən həbslə təhdid edirlər”.
Məsələ ilə bağlı saytımıza danışan Elmir Şirəliyevon yaxınları faktı təsdiqləyərək bildiriblər ki, mühacir fəalın atası evinə indi də hüquq mühafizə orqanlarının əməkdaşları gələrək, onlardan Elmiri susdurmağı tələb edirlər: “Bu mənə aid məsələ deyil. Onun öz həyat yolu var, öz baxışı var. Mən ona sus deyə bilmərəm. Amma indiki durumda bunlarda da hər gün təhdid edir. Bizə nəinki dolanmaq üçün, heç yaşamaq üçün imkan vermirlər” -deyə mühacir fəalın qardaşı Emin Şirəliyev deyib.
Qeyd edək ki, aktiv ictimai fəal Elmir Şirəliyev üzləşdiyi təzyiqlərdən dolayı ölkəni tərk etməli olub. O, Avropa dövlətlərindən birindən sığınacaq istədikdən sonra da fəaliyyətinə davam edib. Yaxınlarının verdiyi məlumata görə, öz sərt siyasi mövqeyi ilə tanınan və müxalifətin Avropada keçirdiyi bütün aksiyalarda iştirak edən Elmirin anası və qardaşı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dəfələrlə onu hədələniblər. Xüsusilə ərazi üzrə sahə müvəkkili son həftələrdə bir neçə dəfə Elmirin qardaşı Emini təhdid edərək, ona çox sərt şəkildə xəbərdarlıq edib.