Baş həkim “Oğlum Almaniyada həkim işləyir amma səhiyyəmiz alman səhiyyəsindən yüksəkdi”

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Sputnik Azərbaycan-a müsahibə verib.1487938682_raufnagiyevd

Belə ki, baş həkim ölkədə səhiyyənin inkişafından danışır və hətta Almaniya səhiyyəsindən də yüksək səviyyədə olduğunu bildirir.Ardınca da oğlunun Almaniyada həkim işlədiyini qeyd edir.

O zaman sual yaranır  bəs oğlun niyə azərbaycanda həkim işləmir?

– Bəs niyə əhali müalicə üçün xarici ölkələrə üz tutur?
— Rusun bir sözü var “biz harada yoxuqsa, ora yaxşıdır”. Mənim övladım Almaniyada həkim işləyir. Mən onunla hər gün skypla danışıram. Biz təriflədiyimiz alman səhiyyəsi ilə Azərbaycan səhiyyəsini müqayisə etsək, mən deyərəm ki, Azərbaycan səhiyyəsi qat-qat inkişaf edib. Onun oradakı hərəkətlərinə, danışdıqlarına fikir verəndə görürəm ki, haqlıyam. O, Türkiyədə təcrübə keçib, hazırda Almaniyada işləyir. Mən qonşu ölkələrin səhiyyəsinə pisləyə bilmərəm. Bu həkim etikası qaydalarına sığmayan bir iş olar. Hər halda həmkarıq. Bircə onu deyə bilərəm ki, ora gedib qayıdan xəstələr yenidən bizə müraciət edir. Ölkələr var ki, hormonal preparatlar vurulur, müvəqqəti olaraq hormonların hesabına insanın əhval-ruhiyyəsini yüksəldirlər. Bədəndə olan ehtiyatı vaxtından öncə sərf edərək, xəstənin həyatını qısaldırlar. Bizim səhiyyəmizi bəyənmirlər, külli miqdarda xərc çəkib başqa ölkədə müalicə alır və sonda bizim dediklərimiz təsdiqini tapır. Onlar da biz yazdığımız preparatlarla müalicə edirlər. Reseptləri tutuşduranda görürük ki, eyni dərmanlardır. Yəni, molekulyar tərkibi eyni olan dərmanlardır. Azərbaycanda bütün cərrahi əməliyyatlar aparılır. Başqa ölkələrdən həkimlər də dəvət olunanda bizim alətlərlə, avadanlıqla əməliyyat edirlər. Özləri ilə avadanlıq gətirmirlər ki! Bizim də aparıcı mütəxəssislərimiz var. Gedib xarici ölkələrdə öyrənib, gəlirlər. Bununla yanaşı xarici ölkə vətəndaşları var ki, müalicə üçün bizə müraciət edirlər.