FOX TV Azərbaycanda qadağan edildi.

fatih1

Azərbaycan Milli Tele-Radio  Şurasının göstərişinə əsasən Türkiyənin FOX  telekanalının Azərbaycanda AİLƏ TV vasitəsilə yayımlanması qadağan edilib.

Bundan əlavə, KATV 1 kabel televiziyası da sözügedən kanalın fəaliyyəti dayandırılıb və onun yerinə TV 8,5 kanalı salınıb.

Qeyd edək ki, adıçəkilən telekanalın məşhur aparıcısı Fatih Portakal  Azərbaycan Prezidentinin ölkənin birinci xanımı Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması barədə qərarını iki qardaş dövlətin münasibətlərinə uyğun olmayan tərzdə şərh etmişdi. O, bu qərarı tənqid edərək, Azərbaycanda demokratiya olmadığını bildirib.