Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır.
Onlardan ikisi Naxçıvan sakinləri Süleyman Əliyev və Fərhad Fərhadlıdır. Üzərində sənədi olmayan, lakin azərbaycanlı olduğu ehtimal edilən yaşlı bir qadınla 13 yaşındakı qız uşağının şəxsiyyəti isə hələ müəyyənləşməyib.
* * *
Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarının sayı 5 nəfərə çatıb.
Bu barədə Trend-ə İğdır Səhiyyə İdarəsindən məlumat verilib.
Hadisə nəticəsində 28 nəfər xəsarət alıb ki, onlardan 26-ı Azərbaycan vətəndaşıdır.
* * *
“Son məlumata əsasən, İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən 8 nəfərdən təxminən 5-i Azərbaycan vətəndaşıdır”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.
Diplomat bildirib ki, hadisə nəticəsində 28 nəfər yaralanıb, onlardan 26-sı Azərbaycan vətəndaşıdır.