Təcili tibbi yardım da pullu olacaq.

təcili yardım da pullu olacaq

İlkin tibbi xidmət müəssisələrinə müəyyən edilən adambaşına məbləğə və əhatə etdikləri əhali sayına uyğun olaraq ödəniş edilməsi lazımdır

Tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə fəaliyyət nəticələrinə uyğun olaraq, ilkin tibbi xidmət müəssisələrinə illik bonuslar ödənilməsi planlaşdırılır.

Ambulator və stasionar tibb müəssisələrinə hər bir xidmət üçün müəyyən edilən qiymətlərə uyğun olaraq ödənişlərin edilməsi, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə hər xidmətə görə ödənişin həyata keçirilməsi nəzərdə tutulur.

Bu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin illik hesabatında öz əksini tapıb. Hesabatda da göstərildiyi kimi, təcili tibbi yardım da pullu olacaq.

Səhiyyə naziri Oqtay Şirəliyev iddia edirdi ki, “Hazırda təcili yardım, ambulator poliklinika xidməti tam pulsuzdur”. Bu sözləri eşidən hər bir vətəndaş bilir ki, nazir ictimaiyyəti aldatmaq istəyir.

Çünki Şirəliyev bu xidmətləri “pulsuz” elan edib həkimlərə adi yod belə vermir. Nəticədə Şirəliyevin apardığı “islahatlar” nəticəsində həkim alverçiyə çevrilir. Bununla da nazirlik vətəndaşlara məcburi şəkildə dərman preparatlarını satdıraraq pul qazanır.