İsveçrədə vətəndaşlıq qaydalarını yumşaltma referendumu keçirilib.

Bu gün İsveçrədə ölkədə “vətəndaş olma qaydalarının” yumşaldılması məqsədi ilə referendum keçirilib.

Qərarın bu gün ərzində müəyyən edilməsi gözlənilir.

Bir sıra ölkələrdən fərqli olaraq, İsveçrədə doğulmaq insanlara vətəndaşlıq haqqı vermir. Ölkədə yaşayan xaricilərin də vətəndaşlıq üçün 12 il gözləməsi lazım gəlir. Eyni zamanda. vətəndaşlıq üçün maddi mənada ağır bir “danışıqlar və testlər” prosesi mövcuddur.

Referenduma çıxarılan layihə 3-cü nəsil mühacirlərin bu sərt bürokratiyanın bir hissəsindən azad olunmasını nəzərdə tutur. Layihənin həmçinin ölkədə doğulan və ailələri qalıcı olaraq İsveçrədə yaşayanlara birbaşa təsir edəcəyi gözlənir.
Layihənin dəstəkləyənlər ölkədə doğulmuş və bütün həyatlarını İsveçrədə yaşamış olan kəslərin “uyğunlaşma” sorğusuna çəkilməsini yersiz hesab edirlər.

Əks tərəf isə layihənin vətəndaş olmayan, amma İsveçrədə yaşayan 25%-lik təbəqənin “hamısına” vətəndaşlıq işığı yandıracağından narahatdır. Layihə əleyhdarları buna qarşı “yox” kampaniyası keçirərək, ölkənin “islamlaşacağı” fikrini ortaya qoyub.

Son 30 ildə İsveçrədə keçirilən 3 belə “yumşaltma” cəhdi müvəffəqiyyətsizliklə nəticələnib.