Şəkidə iki AXCP üzvü həbs olunub.

AXCPAzərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon təşkilatı Gənclər Komitəsinin sədri Şamir Həsənov fevralın 8-də rayon məhkəməsinin qərarı ilə 23 sutka inizbati qaydada həbs edilib.

Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, Ş.Həsənov fevralın 7-də saxlanılan partiya təşkilatınn sədri İslam Həsənova yemək apararkən tutulub: “Onu polisə müqavimətdə təqsirli biliblər. Bizə verilən xəbərlərə görə Ş.Həsənova polis şöbəsində işgəncə verilib, ona hansısa sənədə imza atdırıblar, fevralın 8-də isə məhkəmə önünə çıxarıblar”.

Xatırladaq ki, AXCP Şəki təşkilatının sədri İslam Həsənov polis tərəfindən fevralın 6-da saxlanılıb. Onu yol polisi ilə mübahisə etdiyinə görə saxlayıblar, fevların 7-də isə yerli məhkəmə ona 25 sutka inzibati həbs verib.