Bu barədə məlumatı X.İsmayıın özü “Facebook” səhifəsində yayıb.
Buna baxmayaraq o, müzakirələrdə iştirak edib. Bundan sonra onun əyləşdiyi maşını cərimə meydançasına aparıblar:
“Əvvəl evdə internet kəsildi. Sonra işıqlar kəsildi. Sonra “Azercell” və “Bakcell” interneti kəsildi. Evin yaxınlığında bir radarlı maşın dayanıbmış. Taksi çağırdım, antennaları dəyişərək, xətdə qalmağa çalışdım. Sonra bir yerdə tunelə girməməkçün maşını saxlatdırdım. Az sonra polislər tökülüşdülər. 3 DYP maşını və bir neçə mülki geyimli şəxs maşını saxlatdı, sürücü maşından çıxıb, onlarla danışırdı. Mən artıq çıxışımı bitirdim, sualları gözləyirdim. Bir də gördüm maşına polis oturdu. Cərimə meydançasına gedirik dedi. Bu arada təsadüfən Şahvələd Çobanoğlu ordan keçirdi. Məni maşında görüb, saxladı. Məni onun maşınına keçirdilər, taksini isə heç bir səbəb olmadan cərimə meydançasına aparırlar”.
Dinləmələr Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfərinə həsr olunub.
X.İsmayıl şərti azadlıqdan məhrumetmə cəzası çəkir və buna görə hakimiyyət onun ölkədən çıxışını qadağan edir.