Latviya-Rusiya sərhəddində qeyri-leqal miqrantların qarşısını almaq üçün 23 km uzunluğunda hasar ucaldılıb.
Bunu Latviya dövlət sərhəd xidmətinin mətbuat katibi Yevgeni Poznyak bildirib.
Onun sözlərinə görə, tikinti işləri 2015-ci ildən başlayıb və 2019-cu ildə yekunlaşacaq. Poznyak həmçinin qeyd edib ki, 2017-ci ildə hasarın tikintisinə 6,5 milyon avro ayrılıb.
Ümumilikdə hasarın tikintisinə 17 milyon avro ayrılması planlaşdırılır.(Qafqazinfo)