Felipe Melo “İnter”də

скачанные файлы (12)Qalatasarayda Braziliyalı futbolçu Felipe Melo haqqında son dəqiqə transfer xəbəri yayılıb.

Bir müddət əvvəl sarı-qırmızılılarla müqavilə uzadan Melo, Roberto Mancininin komandası Inter ilə razılaşma əldə etdi. Qalatasaray ilə Inter, Melonun transferində 3.7 milyon avro zəmanət və bonuslar ilə birlikdə təxminən 5,2 milyon avro qarşılığında əl sıxışdı.

Melonun atası Jose Coelho Karvalyo da etdiyi açıqlamada oğlunun Qalatasaraydan ayrıldığını açıqladı. “Qalatasaray hər zaman ürəyimizdə olacaq. Bu ölkəyə və azarkeşlərə çox təşəkkür edirik. Burada kuboklar qazandıq, gözəl zaman keçirdik və 4-cü ulduzu taxdıq.”

Elnur ORUCLU