“Namaz Facebookdan xeyirlidir” deyə oxuyan müəzzin vəzifədən uzaqlaşdırıldı

Sübh azanının “Namaz yuxudan xeyirlidir” hissəsini dəyişdirərək “Namaz Facebookdan daha Xeyirlidir” deyə oxuyan Misirli müəzzin Mahmud Əl Moghazi, vəzifəsindən uzaqlaşdırılaraq barəsində istintaq açıldı. Sabah azanı “namaz Facebookdan xeyirlidir” deyə oxuyan müəzzin vəzifədən uzaqlaşdırıldı.Rüyada-Müezzin-Görmek-Ne-Demek-660x884

Misirin şimalındakı Əl Buheyra vilayətinin Kafr Əl Davar bölgəsindəki Seyid Qazi Məscidinin müəzzin Mahmud Əl Moghazi, Səhər namazını oxuyarkən sözlərini dəyişərək “Namaz yuxudan xeyirlidir” yerinə “Namaz Facebookdan Daha Xeyirlidir” dedi. Seyid Qazi Məscidinin camaatı müəzzin haqqında şikayətçi olunca müəzzin vəzifəsindən azad edildi. Misirin Din Məsələləri Üzrə Nazirliyi də müəzzin haqqında qanuni əməliyyat başladıb.

Məscid camaatından biri bazar günü bir televiziya kanalında canlı yayıma qoşularaq Moghaziyi kafir olmaqda günahlandırdı və onun üzündən camaatın məscidə getməyi buraxdıqlarını deyib.

Müəzzin isə bu günahlandırmağa qarşılıq olaraq öz haqqında ittihamlar səsləndirən şəxsin Seyid Qazi Məscidinə davamlı gələn biri olmadığını söyləyərək, şəxsin yasaqlı Müsəlman Qardaşlar qrupunun tərəfdarı olduğunu iddia edib.

Daha əvvəl heç Facebook istifadə etmədiyini ifadə edən müəzzin, iştirak etdiyi televiziya proqramında vəzifədənuzaqlaşdırılmasına etiraz etmək üçün aclıq aksiyasına başlayacağını söyləyib və Misir Prezidenti Sisiye müraciət edərək bəraət qazandırılmasını istəyib.

Elnur ORUCLU