Əli Kərimli”Bu yerdə deyirlər: quyunu gen qaz, dərin qaz, özün düşərsən!”

Human Right Watch (HRW) beynəlxalq insan haqları təşkilatı “Nardaran işi” üzrə Tale Bağırzadə, Fuad Qəhrəmanlı və daha 16 nəfər barəsində çıxarılmış məhkəmə hökmü ilə razılaşmır və onların azadlığa buraxılmasını tələb edir.human-rights-watch

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində Human Right Watch-un bu bəyanatına öz qiymətini verib. O, bəyanatda əksini tapanları yığcam təsvir edib və bildirib ki, bu bəyanat hakimiyyətin Nardaran əməliyyatı ilə dünyanı aldatmaq cəhdini də darmadağın edir.

“Hakimiyyətin Nardaran əməliyyatı tam olaraq iflas etdi. Tale Bağırzadə və himages (5)əmfikirlərini dünyaya terrorçu, bizləri də terrorun hamisi kimi təqdim etmək istəyirdilər. Ancaq yalanları ifşa olundu, maskaları cırıldı. Tale bəyin də, Fuad bəyin də, “Nardaran işi” üzrə həbs edilən digərlərinin də günahsızlığını, şərə düşdüyünü dünya qəbul edir. Dünya artıq onu da qəbul edir ki, Azərbaycan hakimiyyəti öz siyasi rəqiblərini nəinki şərləyərək həbs edir, həm də onlara işgəncə verdirir. Hesabatın ən mühüm məqamlarından biri də Azərbaycan hakimiyyətinin işgəncə mexanizminin bütün dünya qarşısında ifşa edilməsidir. Bu yerdə deyirlər: quyunu gen qaz, dərin qaz, özün düşərsən!”, – deyə AXCP sədri yazıb.