Bunu deputat Vahid Əhmədov pensiya islahatları iləbağlı yeni qanun layihəsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qanun layihəsi hələlik Milli Məclisə təqdim olunmayıb:
“Mətbuatda söz-söhbətlər gedir. Ancaq bu barədə Milli Məclisdə müzakirə getməyib, bizə gəlib çıxmayıb. Buna görə də fikir bildirmək istəmirəm.
Ümumiyyətlə bu, çox ciddi bir məsələdir və ətraflı araşdırılmalı, müzakirə olunmalıdır. Qanun layihəsi gəlsin, baxaq, ondan sonra biz nəsə deyə bilərik. Mən o qanun layihəsini görməmişəm”.
Qeyd olunur ki, layihə maliyyə-iqtisadi böhranın Azərbaycana da təsir etməsi, daha doğrusu, maliyyə çatışmazlığının yaranması ilə bağlıdır. Qanun layihəsinin təşəbbüskarı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə PrezidentAdministrasiyasının (PA) müvafiq şöbəsidir.
Qanun layihəsində 3 radikal müddəanın nəzərdə tutulduğunu deyən mənbə bildirib ki, əsas məsələ ölkədə pensiya yaş həddinin artırılmasıdır.
“Bildiyiniz kimi, axırıncı, yəni, bir neçə ilöncəki dəyişiklikdən sonra ölkədə qadınların pensiya yaşı 60-a qaldırıldı. İndisə qadınların pensiya yaş həddinin daha 5 il artırılması, yəni, kişilərlə bərabər 65 yaşa qaldırılması təklif olunur.
Ancaq bu proses birdən-birə baş verməyəcək, yarım illə, mərhələlərlə həyata keçiriləcək və nəhayət də qadınların pensiya yaş həddi 65 yaş olacaq. Qadınlarda artıq kişilər kimi, 65 yaşında pensiyaya çıxacaqlar.
Digər iki mühüm müddəa da var ki, onlar barədə hələlik heç nə demək istəmirəm. Fevralın 3-də parlamentin müvafiq komitəsində keçiriləcək müzakirələrə nazir Səlim Müslümovun da qatılması elə bununla bağlıdır. Nazirin orada geniş çıxış edəcəyi və təfərrüatlı məlumat verəcəyi gözlənilir…”