“Lider” telekanalında dünan yayımlanın bir süjet cəmiyyətdə gülüş obyektinə çevrilib. Moderator.az-ın verdiyi xəbərə görə, telekanal Mingəçevir avarçəkmə mərkəzindən Avropa Oyunları ilə bağlı hazırladığı reportajda cəbrayıllı məcburi köçkün Seymur Səfərovu ingilis turisti kimi təqdim edib. Seymur Səfərov Azərbaycandan, ölkəmizin yeməklərindən ağız dolusu danışaraq Azərbaycan xalqını mükəmməl insanlar adlandırıb.
Qeyd edək ki, son günlər ölkə telekanallarında əcnəbi turistləri telekamera önündə danışdırmaq və ölkəmizi təriflətdirmək tendensiyasi güclənib.