AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlını doğum günü münasibətilə həbsxanadan da təbrik ediblər. Nardaran hadisələrinə görə həbs edilmiş Abbas Hüseyn öz təbrikində yazır.
2015-ci ilin 26 noyabr günü hakimiyyətin Nardaranda dinc insanlara qarşı ölümlərlə nəticələnən əməliyyatından sonra cəmiyyətdə yaradılan xof və təhdidlər qarşısında çəkinməyib, cəsarətlə haqqı müdafiə edən, buna görə də şərlənərək həbs olunan Fuad Qəhrəmanlını ad günü münasibətilə təbrik edirəm. Fuad bəyin həbsi nə qədər haqsız və narahatedici olsa da, sanki Allahın biz günahsız məhbuslara göndərdiyi köməkdir. Öz rahatlığından əl çəkib, azadlığını qurban verib zindan həyatını seçən bu fədakar insana Allahdan səadət və uğur diləyirəm. Özünə, valideynlərinə və ailəsinə can sağlığı arzu edirəm. Allahdan xalqını, vətənini sevən bu insanın arzularının tezliklə həyata keçməsini istəyirəm. Fuad bəy təkcə mübariz siyasətçi deyil, həm də dindarlara, ziyalılara, şairlərə, yazarlara nümunədir.
Ədalətin bərqərar olması ümidi ilə Allah sizləri qorusun.
Amin!