“Qanlı Yanvar”-da Bakı və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz həbs olunmuşdur
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridildi.
Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi.
Qanlı Yanvar günündə şəhid olmuş İlham Allahverdiyev və onun ölüm xəbərini eşidərək özünü zəhərləyən həyat yoldaşı Fərizə Allahverdiyevanın məzarı
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular, 82 nəfəri amansızcasına qətlə yetirdi, 20 nəfəri ölümcül yaraladılar.
Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü.
Şəhidlər Xiyabanını ziyarətə gələn hərbi formalı balaca
Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi.
Ümumlikdə qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər isə qanunsuz həbs olundu.
Qarabağ savaşının qaziləri Rəhim bəy və Solmaz xanım da Şəhidlər Xiyabanını ziyarət edənlər arasında idi.