20 Yanvar faciəsi Filippin mediasında

Filippinin “Manila Standard” qəzeti, İndoneziyanın “TEMPO” xəbər portalı, “Miraj” islam xəbər agentliyi və “Bogor Today” qəzeti 20 Yanvar faciəsi haqqında xəbər və məqalələr dərc edilib.1484922740_adsxzsxd
Filippinin “Manila Standard” qəzetinin yazdığı “Azərbaycanlılar “Qara Yanvarı” anır” başlıqlı xəbərdə qeyd edilir ki, 27 il öncə Sovet ordusu Bakıda dinc əhaliyə hücum etmişdir. Azərbaycanın Ombudsmanı Elmira Süleymanovaya istinadən bildirilir ki, bu unudulmaz qırğın insanlığa qarşı törədilmiş cinayətdir və hər il bu tarixdə biz yalnız kədərimizi deyil, eyni zamanda şəhidlərimizi, həmrəyliyimizi və ölkənin bütövlüyü uğrunda vuruşan insanlarımızın qürur və şərəfini uca tuturuq.