
Xebername.info, Azertac-a istinadən xəbər verir ki, San-Fransiskoda keçiriləcək tədbirdə ABŞ şirkətinin “iPhone” smartfonu və başqa qurğularının yeni versiyaları təqdim ediləcək.
Yeni nəsil “iPhone” smartfonu qoruyucu “Force Touch” ekranları, “A9” prosessoru, təkmilləşdirilmiş kamera və daha sürətli “LTE” rabitəsi ilə təchiz ediləcək.
Həmçinin “Apple” şirkətinin “iPad” planşetinin yeni modelini də təqdim edəcəyi gözlənilir.
Elnur ORUCLU