Bu gün Almaniyanın Berlin şəhərində Azərbaycan səfirliyinin qarşısında mühacirətdə olan bir qrup ictimai fəallar tərəfindən aksiya keçirilib.“Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf Mərkəzi”, “Avropa Demokratiyaya Dəstək Alyansı” və “İctimai Qınaq Mərkəzi” təşkilatlarının üzvlərinin qatıldığı aksiyada 100 nəfərə yaxın azərbaycanlı mühacir iştirak eləyib. Aksiyada Azərbaycanda həbsdə olan siyasi fəallara azadlıq tələb olunub.