
“Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Qəhrəmanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Qəhrəmalı Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunub.