İki jurnalist saxlanılıb, sonra buraxılıb.

Son vaxtlar bəzi jurnalistlərin həbsi, onların hüquq-mühafizə orqanlarına aparılaraq dindirilməsi və s. hallarının artması müşahidə edilməkdədir.
Xəbərnamə.info Realnewsinfo.com isnadən xəbər verir ki, 9 yanvar 2017-ci il səhər saat 11;15 radələrində “Kanal 13 TV”-nin əməkdaşları jurnalist Teymur Kərimov və onunla birgə operator Alış Abdullayev Nazirlər Kabinetinin qarşısında şikayyətçi vətəndaşların keçirtmək istədikləri aksiyanı işıqlandırmağa gedərkən yolda aksiya yerinə çatmamış polis əməkdaşları tərəfdən tutularaq Səbail rayon 9-cu Polis bölməsinə aparılmış və 3 saat həmin idarədə saxlanılmışlar.
İki jurnalist saxlanılıb, sonra buraxılıb
Səbəbsiz yerə saxlanan “Kanal 13 TV” -nin əməkdaşlarına həmin idarədə bildirmişlər ki, birdə buralarda çəkiliş etsəniz başınızı ağradacağıq. Jurnalist Teymur Kərimov “Realnewsinfo.com” saytına bildirir ki, bizdən izahatlarımızı alandan sonra bizi sərbəst buraxdılar. Qeyd edim ki, eyni hal Noyabrın 24-də günorta saatlarında KANAL 13 internet televiziyasının əməkdaşı Teymur Kərimov Bərdə rayonunda məcburi köçkünlərin yaşadığı şəhərcikdə su problemi ilə bağlı çəkiliş apararkən də saxlanılmışdır.