“Biz manata olan etibarı bərpa edə bilmədik”.

Vahid Əhmədov bildirib ki, Azərbaycanda dollarlaşmanın ən yüksək həddə olması banklara və manata etibarın olmaması ilə bağlıdır: “Biz manata olan etibarı bərpa edə %d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-6bilmədik. Manat faktiki olaraq hazırda gündəlik ucuzlaşmaqda davam edir. Ona görə də insanlar manata və banklara etibar etmirlər. Vəsaitlərini dollarla saxlayırlar. Buna görə də hökumət müəyyən tədbirlər görməlidir. Banklar da insanlara dollarla kreditlərin qaytarılmasında güzəştə getməlidir ki, onlara etibar qalxsın. Bu hal baş verərsə, dolların qiymətinin əks istiqamətdə də getməsi mümkündür. Hələlik hökumət bu siyasəti yaxşı apara bilmədiyi üçün belə hal baş verir”.