ABŞ prezidenti Donald Trampın bütün səfirlərini geri çağırması ilə bağlı bəyanatı ölkə tarixində birinci dəfə verilir.
Politoloqlar fikirləşirlər ki, belə tezliklə verilən qərar Tramp administrasiyasının xarici siyasətə edəcəyi ciddi korrektədən xəbər verir. ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın keçid qərargahı belə bir sərəncam verib. Həqiqətən də Trampın andiçmə mərasiminə qədər bütün xarici ölkələrdə olan səfirləri geri çağırıb. Belə bir qərar ABŞ tarixində birinci dəfə verilir. Hətta səfirlərə öz peşəkar və şəxsi işlərinə yekun vurmağa belə vaxt verilmir. Əvvəllər, hətta tələbə və şagird övladları olan səfirlərə təhsil ili bitənə qədər vaxt verilirdi.Belə tezliklə verilən qərar Tramp administrasiyasının xarici siyasətə edəcəyi ciddi korrektədən xəbər verir. Dünyada baş verən hadisələr buna vadar edir.Gözlənilir ki andiçmədən dərhal sonra ilk növbədə yeni səfirlərin təyinatları və ya yerdəyişmələr həyata keçiriləcək. Əsas məqsəd çevik bir siyasət aparmaqla müsbət dəyişikliklərə nail olmaqdır.