Onun sözlərinə görə, Türkiyə ümumamerika müttəfiqlik sistemini pozmayacaq: “Belə bir iddialar var ki, Amerika kəşfiyyat orqanları terrorçuları dəstəkləyir. Dünya çox mürəkkəb və təzadlıdır. Hər şey heç nə olmadan olmur. Dostluq və ya digər münasibətlərdə müəyyən çalarlar olur ki, ağıllı dövlət başçıları bunu anlayır. Buna görə ümumi sistemi pozmur. Türkiyə də ümumi Amerika müttəfiqlik sistemini pozmayacaq.Belə xırda terror hadisələrinə görə Türkiyə Amerika ilə münasibətləri korlamaz. Çünki Türkiyənin beynəlxalq nüfuzunun ən mühüm amillərindən biri onun NATO üzvlüyü və ABŞ ilə yaxın müttəfiqliyidir”.
“Türkiyə siyasəti iki böyük qüvvəni tamamilə qane etmir”:
“Bunlardan biri müstəqil kürd dövlətini yaratmaq istəyən kürd millətçiləridir. Onlar Suriyada, İranda, İraqda və Türkiyədə olan kürdlərin sıx yaşadığı əraziləri birləşdirib böyük kürd dövləti yaratmaq istəyirlər. Qərb və Rusiya da bunu dəstəkləyir.Türkiyədə baş verən terror və digər hadisələr xəbər verir ki, ölkə qeyri sabitdir. Ölkəyə qarşı qeyri qüvvələr işləyir”.
Vaxtilə Türkiyə yanlış bir xətaya yol verərək İŞİD-ə dəstək vermişdi. Müəyyən siyasi hadisələrdən və Türkiyənin dəstəyini dayandırmasında sonra terror təşkilatı silahını Türkiyəyə qarşı çevirdi. Bunlarla yanaşı Türkiyəni istəməyən ölkələr də var”.
Zərdüşt Əlizadə qeyd edib ki, bir çox müttəfiqləri Türkiyənin müəyyən çətinliklərinə sevinir və buna dəstək verir.