Etibar Məmmədov”Mənim hər hansı siyasi iddiam yoxdur,narahat olmayın”,

AMİP lideri Etibar Məmmədov bəzi KİV-lərdə baş nazir təyin olunacağı ilə bağlı tirajlanan yazılara cavab verib.

O, Turan-a açıqlamasında hər hansı siyasət iddiasının olmadığını deyib: “Mənim hər hansı siyasi iddiam yoxdur. Heç kim narahat olmasın”,1483101950_etibarmemmed

Xatırladaq ki, Etibar Məmmədov uzun illər aparıcı müxalifət partiyalarından birinin lideri olub və dövlətdə yüksək postlara iddia edib, prezident seçkilərində iştirak edib. Bir neçə il öncə isə siyasi fəaliyyətdən uzaqlaşıb.