Banqkoku partladan türk çıxdı-FOTOLAR

150817142547_bangkok_bomb_attack_640x360_afpXebername.info ANS PRESS-ə istinadən məlumat verir ki, Banqkokda partlayış törədən cinayətkar öz şəxsi evində saxlanılıb. qetd edək ki, avqustun 17-si Bankokda partlayış 22 nəfərin həyatına son qoymuşdu. Polis terrorçunu tutan vaxt evdən çoxlu partlayıcı qurğu da aşkar edib.

Polisdən verilən məlumata əsasən, avqustun 17-si Bankokda partlayış törədən həmin şəxs əcnəbi olub.

Yerli televiziya saxlanılan şəxsin türk olduğunu güman edir. Belə ki, hadisə yerindən tapılan şəxsiyyət vəsiqəsi türk vətəndaşına aiddir. Tutulan şəxs Bankokun şimalında yaşayıb.

Avqustun 17-si Taylandın Banqkok ərazisində baş verən partlayışda 22 nəfər ölüb, 123-dən çox insan xəsarət alıb. Ölənlər arasında xarici turistlərin sayı daha çoxdur. Tayland höküməti partlayış zamanı zərərçəkənlərin siyahısını dərc edib. Siyahıda Azərbaycan soyadları yoxdur.

Daha əvvəl hadisənin motosikletə quraşdırılan partlayıcının işə düşməsi nəticəsində baş verdiyi iddia olunurdu.

tayland-bangkok-670

96552

Elnur ORUCLU