İlham Əliyev “Villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər”.

“İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir…images-15

Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında deyib.

Bəs onlar kimlərdir?-Kiçik siyahı%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-5

Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanovun Albalı bağlarındakı villasını, nəqliyyat naziri Ziya Məmmədovun Göyçayda və Mərdəkanda imarətlərini, deputat Mirzəcan Xəlilovun Novxanıda villasını, Lənkəranın icra başçısı Taleh Qaraşovun Xanbulandakı sarayını, Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadənin Qax və Zaqataladakı malikanələrini göstərmək olar.

Habelə, Sabirabadın icra başçısı Nazim İsmayılovun Göyçayda oğluna tikdirdiyi villanı, Şamaxının icra başçısı Asif Ağayevin Nağarakənddə ucaltdığı sarayı, Gəncənin meri Elmar Vəliyevin Hacıkənddə villalarını, o cümlədən Badamdarda, Şüvəlanda, Bilgəhdə və ölkənin bir çox səfalı yerlərində, dəniz sahillərində hündür hasarlarla əhatələnmiş malikanələri vurğulamaq olar. Əslində siyahını çox uzatmaq mümkündür və ictimaiyyət, sadə insanlar da gözlə bilir ki, villa sahibkəri kimlərdir.