Fövqəladə Hallar Nazirliyi Bakıda sərnişin avtobusunun yanması ilə əlaqədar rəsmi açıqlama yayıb.
Xebername.info APA-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. “TRANS-QEYT” MMC-yə məxsus sərnişin avtobusunun yanar hissələri yanıb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülsə də, avtobus yanğından tam yararsız hala düşüb.
Xebername.info