Nazir: ‘İslam Oyunları 100 milyon dollara başa gələcək’

2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunlarının keçirilməsinə 100 milyon dollar xərclənməsi nəzərdə tutulur.1482838952_8

Bu barədə gənclər və idman naziri Azad Rəhimov dekabrın 27-də keçirilən mətbuat konfransında bildirib.Bakıda keçirilən bu oyunlara 6 min nəfər gələcək, bunun 4 min nəfəri idmançılar, 2 min nəfəri isə texniki heyət və nümayəndə heyətləridir.“Atletlər Kəndində 6 min nəfər yerləşdiriləcək. Oyunlar başa çatdıqdan sonra Atletlər Kəndi sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq”, deyə Rəhimov bildirib.2017-ci ilin dövlət büdcəsində beynəlxalq oyunların təşkilinə 300 milyon manatdan bir qədər çox vəsait ayrılıb. Bu təqribən noyabrın 28-də enerji daşıyıcılarının qiymətinin qaldırılmasından əldə ediləcək gəlirə bərabərdir.