Erməni futbolçu Bakıya buraxılmaya bilər

51G_Mkhitaryan_bvbnachrichtenbild_regular
“Çalışacağıq ki, o, “Qəbələ” ilə Azərbaycandakı oyunda iştirak etsin.”
Xebername.info, APA-a istinadən xəbər verirki, bunu UEFA-nın baş katibi Cianni İnfantino deyib.   O, Dortmundun “Borussiya” klubunda top qovan erməni Henrik Mxitaryanın Azərbaycana gəlməsində problem görməyib.   UEFA prezidenti Mişel Platini də erməni futbolçunun Azərbaycanda meydana çıxmağının problem olmayacağını bildirib.
Bu məsələ Almaniya mətbuatının da diqqətini cəlb edib. Bu ölkənin “Bild” qəzeti yazıb ki, Azərbaycanın işğal altındakı ərazilərinə səfər edən əcnəbilər rəsmi Bakı tərəfindən “qara siyahı”ya salınır və Henrix Mxitaryanın da adı bu siyahıda ola bilər. “Borrusiya”nın sözçüsü Saşa Fliqe bildirib ki, Henrix Mxitaryan Dortmund klubu üçün çox vacib oyunçudur.
Axar.az-ın məlumatına görə isə, Rusiya Futbol İttifaqı rəhbərinin səlahiyyətlərini icra edən Nikita Simonyan Azərbaycan tərəfinin ermənini Bakıya buraxmaya biləcəyini deyib. Buna səbəb kimi onun üç dəfə Azərbaycan XİN-in izni olmadan qondarma Dağlıq Qarabağ Respublikasına səfər etməsini göstərib.   Simonyan bildirib ki, Bakı bu addımı atsa, qanunları pozmuş olacaq: “İdman qanunlarına əsasən, Azərbaycanın ixtiyarı yoxdur ki, ona oyunda iştirakı qadağan etsin”.  Qeyd edək ki, “Qəbələ” ev oyunlarını Bakıdakı “Bakcell Arena” stadionunda keçirəcək.
Elnur ORUCLU