”Piter Elçin” ləqəbi ilə tanınan kriminal avtoritet Astan Şahverdiyevə vaxt qoydu…

Millət vəkili Astan Şahverdiyevin Rusiyada çalışan azərbaycanlıları “otxod” adlandıraraq təhqir etməsi, sözügedən ölkədə yaşayan həmvətənlərimizin də qəzəbinə səbəb olub.648edcda-d430-4aac-bf43-363f05de7a32_w987_r1_s

Xəbərnamə.info AzEuroNews.com-a isnadən bildirir ki, məlumata görə, artıq Rusiyadan yaşayan azərbaycanlı “qanuni oğru”ların bu məsələni oturub müzakirə etdiyi bildirilir. Məlumatlı mənbəmizin bildiridiyinə görə, deputat Astan Şahverdiyə zəng vuran “Sankt-Peterburqda yaşayan, ”Piter Elçin” ləqəbi ilə tanınan kriminal avtoritet üzr istəməsi üçün ona bir gün vaxt verib. Deputat üzr istəməməsi təqdirə onun mal-mülkünün yağmalanaraq yandırılacağı ilə bağlı xəbərdarlıq da alıb.

Artıq Astan Şahverdiyevin buna görə Daxili İşlər Nazirliyinə müraciət etdiyi də deyilir.

Müşfiqabad qəsəbəsində yerləşən qaçın şəhərciyində yaşayanlardan saytımıza daxil olan məlumatda isə deyilir ki, bu gün səhər saatlarından sözügedən ərazidə olan deputatın 20-ə yaxın irili-xırdalı ticarət obyektinin mühafizəsi gücləndirilib.

Astan Şahverdiyevin  müzakirələrə səbəb olan çıxışının səs yazısını təqdim edirik.

 

“Əmimin dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.
 Bu sözləri millət vəkili Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev sosial şəbəkədə yazıb. O, əmisinin ajiotaja səbəb olan açıqlamanı verdiyi vaxt içkili olduğunu qeyd edib: “Mən Astan Şahverdiyevin müsahibəsinin lent yazısını dinlədim. O, hətta cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur. Bu, olan vəziyyətdir. İnsanların əmimin sözlərinə görə narazılığını başa düşürəm. Hətta atam onu tənbeh edib. Söhbət Rusiyada yaşayanlar haqda dediklərindən gedir. Təəssüf. Bir də onu deyim ki, özü haqda yazılanlara nəsə deyə bilmirəm. Ancaq onun dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.