RATİ əməkdaşları istintaqa çağırıldı

Obyektiv TV-nin əməkdaşları da sorğu-sual edilirlər

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun bir neçə əməkdaşı Rasim Əliyev, Tatyana Kryuçkina, Günay İsmayılova, Obyektiv TV-nin əməkdaşı Roman Məmmədov və digır bir neçə nəfər Noyabrın 17-də saat 9.00-a Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıblar. Bu barədə məlumatı Rasim Əliyev öz Facebook səhifəsində yayıb. Rasim Əliyevin yazdığına görə, indiyə qədər RATİ-nin və Obyektiv TV-nin bir neçə əməkdaşı dəfələrlə polisə vı prokurorluğa çağırılaraq dindiriliblər. Sonuncu dəfə o təşkilatın mühasibi Tatyana Kryuçkinanın ötən həftələrdə ifadə vermək üçün çağırıldığını da yazıb.