Hüquq müdafiəçisinin qardaşı polisdə işgəncəyə məruz qalıb FOTO

Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Taleh Xasməmmədovun qardaşı Valeh Xasməmmədov Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən zorakalığa və işgəncəyə məruz qalıb.%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-8

Bu barədə məlumatı Taleh Xasməmmədov öz Facebook səhifəsində yayıb. Məlumatda deyilir; “Dünən saat 22-30 radələrində Göyçay RPŞ-nin polis patrul xidmətinin 4 nəfər əməkdaşı qardaşım Valeh Xasməmmədovu qanunsuz olaraq zorla polis şöbəsinə aparıblar. Onun sözlərinə görə polislər patrul maşınını saxlayıb əvvəlcə ona hücum ediblər, sonra döyərək zorla avtomobilə əyləşdiriblər. Həmin vaxt V. Xasməmmədovun 2 barmağı avtomobilin qapısı arasında qalaraq sınıb. Polisə qanunsuz aparılmasına, döyülməsinə etiraz edən V. Xasməmmədov şüşe ilə əlinə, qoluna və s. bədən üzvlərinə xəsarət yetirib, sonra huşunu itirib. Sehərə qədər Göyçay RPŞ-nin Müvəqqəti Saxlama Yerində saxlanılan Valehə heç bir tibbi yardım göstərilməyib. Yaralarına görə çoxlu qan itirib, barmaqları sınıb. Polis Şöbəsindən Valehə bildiriblər ki, “sən nə vaxtsa Günel adlı bir qadını döymüsən, səni həbs edəcəyik”. V. Xasməmmədov elə bir qadını tanımadığını və bu işin polisin quraması olduğunu bildirib.