Deputat: ‘Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb”

Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. Millət vəkilinin AzadlıqRadiosuna verdiyi bilgiyə görə, tərəflər razılığa gəliblər.

Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan Astan Şahverdiyevin müsahibəsini təqdim edirik:648edcda-d430-4aac-bf43-363f05de7a32_w987_r1_s

-Problem həll olunub. Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb. Mən gəldim yerində araşdırdım məsələni. “Azərişıq”-ın müavinləri, Cəbrayılın icra başçısı da burda idi. Danışıb konsensusa gəldik.