Ləğv edilən MTN-nin keçmiş rəhbəri Eldar Mahmudov yeni ildən sonra vitse-prezident postuna təyin olunacaq
Moderator.az-a özəl mənbədən daxil olan məlumata görə, belə bir “xəyalplov” E.Mahmudova yaxın olan dairələr tərəfindən məqsədli şəkildə yayılmaqdadır.
Mənbənin sözlərinə görə, MTN-nin ləğvi və bunun ardınca bir sıra generalların həbs edilməsini hələ də həzm edə bilməyən sabiq MTN-çilərin bir qismi bu cür əsassız məlumatlar yaymaqla cəmiyyəti E.Mahmudovun yenidən vəzifəyə gələcəyinə inandırmağa çalışır, eyni zamanda bu cür dezinformasiyalarla istintaqda məhşər ayağına çəkilən MTN-çilərin maksimum dözüm nümayiş etdirməyə, törətdikləri çoxsaylı cinayətləri etiraf etməkdən boyun qaçırmağa, bunun müqabilində tezliklə mükafatlandırılacaqlarına inandırmağa sövq edirlər.
Mahmudov komandası hesab edir ki, indiki məqamda bu cür məlumatların yayılması ictimai fikirdə “bəlkə də qaytardılar” ovqatı yaratmaqla yanaşı MTN-çilərə yönəlik ictimai basqını azalda bilər.
Bundan başqa, E.Mahmudovun guya vitse-prezident vəzifəsinə gələcəyi ilə bağlı səslənən dezinformasiyalar həm də sabiq nazir və onun generalları haqqında səslənən tənqidlərə son qoymaq, bu tənqidlərə görə cəza qorxusu yaramağa hesablanıb…