Kabel televiziyaları da aylıq ödəniş xidmətinin pulunu artırmağı nəzərdə tutur.

Ölkəni bürüyən bahalaşma dalğası bütün sahələri əhatə etməkdədir. Son xəbər ondan ibarətdir ki, kabel televiziyaları da aylıq abunə haqqını artırmağa hazırlaşır.
%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-4
 Hazırda “Ailə Tv”, “ATV Plyus”, “Connect tv”, “KATV” və digər kabel televiziyaları aylıq ödəniş xidmətinin pulunu artırmağı nəzərdə tutur. Onlar bunu ölkədəki iqtisadi vəziyyətlə əlaqələndirir.

Belə ki, xərclərin artması, işçilərin əmək haqlarının ödənilməsi, texniki məsrəfin çoxalması aylıq abunə pulunun qaldırılmasını şərtləndirib. Amma kabel televiziya şirkətləri nəzərə almır ki, insanların sosial şəraiti ağırlaşır.

Ötən il sözügedən operatorlar aylıq haqqı 9 manatdan 10 manata qaldırdı. Yanvardan isə yeni tariflər müəyyənləşdirilir.

Gələn məlumatlarda deyilir ki, “Ailə Tv”, “ATV Plyus”, “Connect tv”, “KATV” 11 manata qaldırmağı planlaşdırır.

Hələ ötən qiymətləri qaldıran Ailə TV idi. Şirkətin rəsmi açıqlamasında bildirilirdi ki, baza paketində tarif dəyişikliyinə səbəb, ilk növbədə, məzmunlu və daha keyfiyyətli televiziya yayımın təmin olunmasıdır.

İddia olunur ki, tarif dəyişikliyi ilə yanaşı kabel televiziyası xidmətlərinin keyfiyyətinin artırılması və yüksək keyfiyyətli yayımın təmin olunması gündəmdədir.Amma qiymət artsa da, heç bir keyfiyyət və ya kanal sayı artmadı.