“Bəs, bunlar demirdi, “pul yoxdur, kasıb yaşamağa öyrəşin”?

“Dünən (dekabrın 21-i) yanından keçəndə gördüm. Vergilər nazirliyinin yeni binasının üzərində gecə-gündüz iş gedir. Bina da nə bina? Nadir və bahalı arxitektura, 33 mərtəbəli,ali-kerimli-tribuna-300x205 hündürlüyü 169 metr”…“Bəs, bunlar demirdi, “pul yoxdur, kasıb yaşamağa öyrəşin”? Deməli, söhbət iki fərqli Azərbaycandan gedir. Bizim Azərbaycanda büdcəni doldurmaq üçün hətta pinəçilərdən də ayda 5 manat vergi alır, qabaqlarına çıxan hər kəsi bir bəhanə ilə cərimələyirlər. Səhiyyə, sosial təminat xərclərindən kəsirlər, şağirdlərin sınaq imtahanlarını da pullu edirlər”, deyə vurğulayan AXCP sədri hökumətə aid xəyali Azərbaycanın isə tam fərqli olduğunu qeyd edir.