Böhran hökuməti qənaət rejiminə keçməyə vadar edib.

Rasizadədən şok Medvedev variantı: nazirlərin “X” günü başlayır

Baş nazir Artur Rasizadə nazirlər üçün “X” günü hazırlayıb

 Nazirlər Kabinetinin üzvləri hər ay baş nazirə təkbətək hesabat verməli olacaq.

Rusiyanın baş naziri Dmitri Medvedev hər ay nazirlərdən hesabat tələb edir. Üstəlik, bu hesabat efirdə yayımlanır və nöqsanlar birbaşa nazirlərin üzünə söylənir.

Azərbaycan belə açıq variant keçməsə də, baş nazirin onlardan hər ay hesabat istəməsi tələb olunub. Rasi-zadə qarşısında öhdəlik kimi qoyulan bu məsələ iqtisadi böhranla əlaqədardır.

İndiyə qədər nazirlərin fəaliyyətində maxinasiyalar, korrupsiya faktları qeydə alınıb. Ancaq neftdən gələn milyardlara görə büdcənin talanmasına göz yumulurdu.

2014-cü ildən iqtisadi vəziyyət dəyişib və nazirlər hər ay büdcə vəsaitlərinin xərclənməsi haqda hesabat verməlidir. Baş nazirə isə prezident tərəfindən nəzarət olunduğu xəbər verilir.

Artıq o zaman deyil ki, nazirlərin korrupsiya və mənimsəmə faktlarının üstündən sükutla keçilsin. Böhran hökuməti qənaət rejiminə keçməyə vadar edib.