Daxili qoşunların keçmiş zabiti İlham Əliyevi diktator adlandırdı “Kim olduğunu bilmək üçün özünə və Avropa ölkələrinin prezidentlərinə bax”
Son zamanlar Azərbaycanda çoxsaylı etirazlarının keçirilməsi və aksiyaçıların zorla dağıdılması, polisin güc tətbiq etməsi icazəsiz aksiyalar və ona cəhd edənlərə qarşı hansı münasibətin göstərilməsi məsələsini yenidən gündəmə gətirib. İnternet potallarında yayılan video görüntülər polis qüvvələrinin və digər qoşun birliklərinin etiraz edən xalqa qarşı olduqca aqressiv davrandığını və olmazın zorakılıq tətbiq etdyini göstərir. Avropa təsisatları, həmişə söz azadlığı və sərbəst toplaşmaq azadlığının təminatçısı rolunda çıxış edən təşkilat və ölkələr bu olaylardan ciddi narahatlıq bildirirlər. Hüquq müdafiəçiləri və beynəlxalq humanitar qurumlar tələb edir ki, hakimiyyət nümayəndələri bu baş verənlərlə bağlı səslərini çıxarmalı, baş verənlərə reaksiya ortaya qoymalıdırlar. Əvvəllər Daxili Qoşunlarda işlədiyi bildirilən Elçin Qənbərov adlı bir zabit sosial şəbəkələrdə baş verənlərə öz fikrini bildirib. Bu indiyədək olaylara fikir bildirənlərdən fərqli yeni bir mövqedir. E. Qənbərov deyir ki, o indi Avropada yaşayır və Avropada etiraz edən nümayişçilərlə münasibətlə Azərbaycanda olanlar arasında ciddi fərq var. Onun sözlərinə görə, o özü şəxsən şahiddir ki, etirazçılara necə amansız güc tətbiq etmək barədə yuxarı komandirlərindən dəfələrlə tapşırıqlar alıblar. Lakin həm o, həm də digər bəzi zabitlərdən bu tapşırıqlara etiraz edənlər də tapılıb. Keçmiş zabitin fikrincə, o, hazırda yaşadığı Almaniyadakı vəziyyətlə Azərbaycanda olan siyasi aksiyalara münasibəti gördükdə İlham Əliyevin qurduğu hazırkı hökümətin şübhəsiz diktatura olduğu qənaətindədir. Sonda o fikirlərini belə tamamlayıb: “Deyirsən bizdə demokratiya var. Əgər kim Kim olduğunu bilmək üçün özünə və Avropa ölkələrinin prezidentlərinə bax. Səndən başqa Avropada hansı dövlət başçısı vəzifəni atasından alıb və 15 ildir prezidentlik edir?”