“Mingəçevir nümunəsi iqtidarı panikaya salıb” – keçmiş zabit danışdı
Son zamanlar polisdə və silahlı qüvvələrdə xidmət edən bəzi əsgər zabitlərin iqtidardan narazı olması ilə bağlı xəbərlər yayılmadadır. Bu xəbərlərdə yer alan əsas məqam adətən polisə və silahlı qüvvələrin şəxsi heyətinə qanunda və təlimatlarda olmayan tapşırıqların verilməsi, onların dinc sakinlərə qarşı zor tətbiq edilməsinə cəlb edilmələri və əsgərlərlə zabitlərin buna uyğun olaraq etiraz etmələridir. Bəzi mənbələrdən aldığımız məlumata görə Bakıda və rayonlarda keçirilən silsilə etiraz aksiyaların yatırdılmasında iştirak edən daxili qoşunların bəzi hərbçiləri rəhbərliyin əhaliyə qarşı zor tətbiq etmək əmrinə qarşı çıxıblar. Buna görə də daxili qoşunların şəxsi heyəti arasında ciddi təmizləmə və cəzalandırma işi başlayıb. Məlum oldğu kimi, Daxili Qoşunlar hakimiyyətin əlində etiraz aksiyalarını dağıtmaq üçün çox ciddi bir silahdır. Onların hazırkı durumda siralarında narazıların olması və iqtidara qarşı çıxmaları ciddi siyasi dairələrdə müzakirə edilir. Hər kəsi bir sual düşündürür: silahlı qüvvələr iqtidarı müdafiə etməsə ölkədə hakimiyyət dəyişikliyi labüd olacaqmı? Etiraz edən əsgər və zabitlər qanunsuz olsa belə əmrləri yerinə yetirməkdən imtina etsələr nə baş verə bilər? Onların və ailələrinin həyatı təhlükədədirmi?
Bu məsələ ilə bağlı bir neçə ay əvvəl daxili qoşunlardan məhz əhaliyə zor tətbiqinə qarşı çıxdığı üçün uzaqlaşdırıldığı iddia edilən Elçin Qənbərovun fikirlərini aldıq. O ölkədə hakimiyyət dəyişikliyinin gec-tez baş verəcəyinə inandığını desə də, hərbi qulluqçular arasında bu fikrin yayılmasının hələ kütləvi olmadığına da diqqət çəkib: “Bəzi vətənpərvər əsgərlər və zabitlər bu məsələyə həssas yanaşırlar. Onlar deyirlər ki, qanunlara, daxili təlimatlara, xüsusilə də ölkənin Ana Yasasına və Konstitusiyasına qarşı çıxaraq verilən əmrlər yerinə yetirilə bilməz. Burda nir məqam da daxili vicdan hissi ilə bağlıdır. Qarşında dayanan əli yalın vətəndaşın sənin, atan, anan, qardaşın olduğunu bilirsənsə, onların haqlı olduğu qənaətindəsənsə, onlar siyasi tələblərlə deyil bir parça çörək üçün, hansısa harın məmurun tapdaladığı haqqını tələb etmək üçün etiraz edirsə və iqtidarda olan onların haqqını müdafiə etməli olan məmur bunu etmirsə ond ahansı vicdanla bu yazıq əhaliyə güc tətbiq etmək olar. Axı bunu Allah bağışlamaz. Allahdan əvvəl bunu hələ sənin öz vicdanın bağışlamaz”.
O, həmçinin bildirib ki, ordu içərisində yaranan bu tipli kiçik etiraz ocaqları böyüyüb kütləvi hal alacaq. Lakin bunun zamana ehtiyacı var. “Əgər bizim kimi qanunsuz əmrləri icra etməmək fikrini dəstəkləyənlər çoxalsa o zaman təbii ki, iqtidar bu qədər amansız ola bilməyəcək. Onda yaqin ki, onların hakimiyyəti legitim bir qüvvəyə verib getməsi labüd olacaq” – deyə həmsöhbətimiz bildirib.
“Bəs bütün bu gözləntilərin qarşısını almaq və digər bu fikirdə olanlara da dərs olması üçün iqtidar ilk etiraz ocağı yaratmış əsgər və zabitləri şiddətlə cəzalandırıb, ailələrinə zor tətbiq edib prosesi durdura bilərmi” sorumuzu Qənbərov belə cəzalandırıb: “Nə qədər ki, etiraz edənlərin sayı azdır, praktiki olaraq bu mümkündür. Sizin dediklərinizi iqtidar hazırda tətbiq etməyə çalışır. Məsələn, mənim nümunəm göz qabağındadır. Şəxsi heyət qarşısında təhqir edilirdim, provokasiyaya çəkirdilər məni, şərəf məhkəməsi edib vəsiqəmi əlimdən aldılar, sonra da dedilər ki, səni başqalaırn görk olsun deyə basacağıq içəri gedəcəksən. Canımı qurtaba bildim, amma bilirəm ki, eyni fikirdə olan başqa əsgər və zabitlərə həm də onlarımn ailələrinə qarşı böyük basqılar var. Bildiyim qədər hətta bəzilərini ölümlə təhdid edirlər. İnsanlar da hər zaman ilk olaraq ailəsini itirməkdən qorxur. Lakin görünən odur ki, artıq proses başlayıb. Mingəçevir nümunəsi var. Bəzi əsgər və zabitlər güc tətbiqinə qarşı olduğunu kiçik həcmdə olsa da göstərdi. Məncə bu bir başlanğıcdır” – deyə müsahibimiz bildirib.