Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci Türkiyə ilə Azərbaycan arasındakı ticarətin bir hissəsinin milli valyuta ilə həyata keçirilməsinə yönəlik işlərin başladıldığını açıqlayıb.
Türkiyənin son dönəmdə milli valyuta ilə ticarət siyasətinə önəm verdiyini ifadə edən Zeybekci təkcə Azərbaycanla deyil, bu işlərin mümkün qədər Koreyadan Yaponiyaya, Çindən Rusiyaya bütün ölkələrlə aparılma yollarının axtarıldığını bildirib.